Donor Ölkə

başqa ölkələrə yardım göstərən ölkə.
Donq
Dotasiya
OBASTAN VİKİ
Donor
Donor (lat. donor, donodan — "bağışlayıram") — aksepter və resipient adlanan obyektə nə isə verən obyekt . Məsələn, kimyada elektronların donoru atomlardır. Tibbdə bir nəfərin digər nəfər öz qanının bir hissəsini və ya orqanlarından birini verən şəxs donor adlanır. Donor (fizika) — qarışıq tipi.
Ölkə
Ölkə — müəyyən sərhədə və dövlət suverenliyinə malik coğrafi ərazi olub, sərbəst və ya başqa dövlətin hakimiyyəti altında fəaliyyət göstərə bilir. Çox vaxt ölkə ilə dövlət anlayışları bir-birinə sinonim kimi işlədilir. Ancaq onların arasında müəyyən fərq vardır. Ölkə daha çox mədəni, coğrafi vəhdətlik və başqa amilləri nəzərə aldığı halda, dövlət ilk növbədə müəyyən ərazi daxilində hakimiyyətin siyasi sistemini təsvir edir. Məsələn, Britaniya imperiyası vahid dövlətdir, amma bir neçə ölkədən ibarətdir. Başqa misal, müasir Azərbaycan və kommunist dövründəki Azərbaycan — eyni ölkə olaraq qalmış, amma dövlət dəyişilmişdir. == Ölkə simvolları == Bir ölkənin simvolları ölkənin ibarət olduğu hər hansı bir millətin və ya irqin mədəni, dini və ya siyasi simvolunu göstərir. Bayraqlarda, gerbdə və ya möhürlərdə görünə bilən bir çox simvol kateqoriyası var.
Donor aşqarlar
Donor aşqarlar — öz elektronlarını asanlıqla verə bilən və deməli, sərbəst elektronların sayını artıran aşqarlar. Donor aşqarlarda elektronlar əsas yükdaşıyıcılar, deşiklər isə qeyri-əsas yükdaşıyıcılardır: n a < n y {\displaystyle n_{a}<n_{y}} na — aşqarların valentliyi, ny — yarımkeçiricinin valentliyidir. Tutaq ki, silisium (Si) kristalında bəzi atomlar V qrup elementi arsenlə (As) əvəz edilmişdir. As-nın xarici elektron təbəqəsində 5 elektron olduğu üçün onun bir elektronu rabitədə iştirak etmir və öz atomu ilə zəif əlaqədə olur. Ona görə də o sərbəstləşə bilir. Bu zaman deşik əmələ gəlmir, çünki sərbəstləşən elektron rabitəni tərk etməyib. Bu tip aşqarlar donor aşqarlar adlanır. Donor aşqara malik yarımkeçiricilərdə keçiricilik əsasən elektronlar hesabına olduğu üçün onlara n-tip (neqativ-mənfi) yarımkeçiricilər deyilir. n-tip yarımkeçiricilərdə elektronlar əsas, deşiklər qeyri-əsas yükdaşıyıcılardır.
Dağlıq ölkə
Dağlıq ölkə — Yer kürəsinin bir neçə min kilometr məsafədə, dəniz səviyyəsindən çox yüksəklikdə yerləşən mürəkkəb konfiqurasiyalı səthi. Konkret sərhəddi və coğrafi adı var (məsələn, Alp, Qafqaz, Altay və s.
Sosialist ölkə
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Virtual ölkə
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.
Ölkə paytaxtları
== A == == B == == Ç == == C == == D == == E == == Ə == == F == == G == == H == == X == == İ == == K == == Q == == L == == M == == N == == O == == Ö == == P == == R == == S == == Ş == == T == == U == == V == == Y == == Z == Kursivlə yazılmış ölkələr asılı ərazilərdir.
Ölkə riski
Ölkə riski — bankın yerləşdiyi ölkənin ümumi kredit qabiliyyətinin dəyişməsi və bunun bankın vəziyyətinə təsirini müəyyən edən riskdir. Suveren hökumətin hərəkətlərinin müəyyən bir ölkə ilə əlaqəli borclunun öz öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir göstərməsi riskinin dərəcəsidir. Birbaşa və bilavasitə risklər mövcuddur. == Ən aşağı risk səviyyəsinə malik 20 ölkə == Ən aşağı riskli ölkələr: Lüksemburq — 100 Norveç — 98 İsveçrə — 98 Danimarka — 95 ABŞ — 94 İsveç — 94 Finlandiya — 93 İrlandiya — 93 Hollandiya — 93 Avstriya - 93 Böyük Britaniya — 92 Kanada — 92 Belçika — 91 Almaniya — 91 Fransa — 90 Avstraliya — 90 İslandiya — 89 Yaponiya — 89 Sinqapur — 88 İspaniya — 88 == 20 ən riskli ölkə == == İstinadlar == == Xarici keçidlər == Coface Economic Studies Credendo Country Risk Ratings The Benche Analysis & Reports Euler Hermes Country Reports Maplecroft The PRS Group, Inc.
Donor-aktseptor kimyəvi rabitə
Donor-aktseptor kimyəvi rabitə - atom və ya ionun onunla qarşılıqlı əlaqədə olan atoma mənsub olan bir cüt elektronu istifadə etməsi nəticəsində yaranan rabitə. Donor - latınca donare - bəxşiş etmək deməkdir. == Donor-aktseptor kimyəvi rabitəyə misal == Donor-aktseptor kimyəvi rabitə ən sadə misal H+-nin NH3-lə birləşərək NH4 əmələ gətirməsi ola bilər (azotun s2 və p3 elektronu vardır). H-nin üç elektronu azotun 3p elektronu ilə birləşərək piramidal NH3 molekulu əmələ gətirir. N və NH3 ətrafıda hidrogenlə üç cüt ortaq və bir cüt ortaq olmayan elektrondan ibarət 8 elektronlu təbəqə mövcuddur. Ortaq olmayan elektron cütü H+ tərəfindən istifadə edilir. Bu halda azot kompleksəmələgətirici donor, hidrogen isə aktseptor və kompleks birləşmiş element (addend) rolunu oynayırlar. Buna oxşar, lakin yaranma mexanizminə görə nisbətən daha mü­rək­kəb kimyəvi rabitə, birləşmələrin 8- və ya 18-elektronlu qapalı örtük yaratmağa meyil etməsi ilə bağlıdır. Bu növ rabitə həm [Pt(NH3)6]4+, [PtCl6]2- və b. kimi sintez olunan, həm də təbii (məsələn: sulfidlər) birləşmələrdə yaranır.
UEFA Ölkə Reytinqi
== Milli komandaların sıralaması == Sonuncu dəfə 11 oktyabr 2017-ci il tarixində yeniləndi == Ölkələrinin əmsalı == Sonuncu dəfə 25 oktyabr 2018-ci il tarixində yeniləndi 1Lixtenşteyn Futbol Assosiasiyası liqa təşkil edə bilmir. Bu səbəbdən ölkəni avrokuboklarda yalnız 1 təmsilçi, Lixtenşteyn kubokunun qalibi təmsil edir.
Ölkə adlarının mənası
Ölkə adlarının mənası və ya ölkə adlarının etimologiyası - dünya ölkə adlarının mənasını ifadə edir.
Ölkə paytaxtlarının siyahısı
== A == == B == == Ç == == C == == D == == E == == Ə == == F == == G == == H == == X == == İ == == K == == Q == == L == == M == == N == == O == == Ö == == P == == R == == S == == Ş == == T == == U == == V == == Y == == Z == Kursivlə yazılmış ölkələr asılı ərazilərdir.
İnkişaf etmiş ölkə
İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın ilk inkişaf etmiş ölkəsidir. İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir. Asiya ilk inkişaf etmiş ölkəsi Yaponiya, Şimali Amerikanın ilk inkişaf etmiş ölkəsi Birləşmiş Ştatlar, Okeaniyanın isə ilk inkişaf etmiş ölkəsi Avstraliyadır. Bu gün mövcud olan 38 inkişaf etmiş ölkənin təxmini 71,1% Avropada, 15,8%-i Asiyada, 5,3%-i Şimali Amerikada, 5,3%-i isə Okeaniyadadır. İnkişaf Etmiş Ölkələrin bu kateqoriyaya daxil edilməsinin ardıcıllığı: İsveçrə (1987-ci ildən); Norveç (1988-ci ildən); Birləşmiş Ştatlar (1992-ci ildən); Lüksemburq (1992-ci ildən); Danimarka (1994-cü ildən); Niderland (1995-ci ildən); Yaponiya (1996-cı ildən); Almaniya (1996-cı ildən); Avstriya (1996-cı ildən); İtaliya (1996-cı ildən); Kanada (1997-ci ildən); Belçika (1997-ci ildən); Avstraliya (1997-ci ildən); Fransa (1998-ci ildən); İsveç (1998-ci ildən); İslandiya (1998-ci ildən); İrlandiya (1998-ci ildən); Birləşmiş Krallıq (1999-cu ildən); Finlandiya (1999-cu ildən); Sinqapur (1999-cu ildən); İspaniya (2001-ci ildən); Tayvan (2002-ci ildən); Kipr (2002-ci ildən); Yeni Zelandiya (2003-cü ildən); Cənubi Koreya (2006-cı ildən); İsrail (2006-cı ildən); Portuqaliya (2007-ci ildən); Sloveniya (2007-ci ildən); Monako (2008-ci ildən); Lixtenşteyn (2008-ci ildən); Malta (2008-ci ildən); Çex Respublikası (2009-cu ildən); Slovakiya (2011-ci ildən); Estoniya (2012-ci ildən); Yunanıstan (2013-cü ildən); Litva (2013-cü ildən); Latviya (2016-cı ildən); Andorra (2020-ci ildən); San Marino (2021-ci ildən); Xorvatiya (2023-cü ildən). == Ölkələrin inkişaf etmiş qrupa daxil edilməsi üçün nəzərə alınan amillər == Həyat və sağlamlıq səviyyəsinin yüksək olması ÜDM-in hər bir nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması Orta ömür müddətinin çoxluğu Əhalinin təhsil səviyyəsinin yüksək olması Xidmət sferası və emal sənayesinin payı olması == İEÖ-in bölündüyü yarımqruplar == === G7 === Böyük Yeddilik kimi də adlandırılan G7-yə iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. G7-yə üzv ölkələr və əsas liderləri: Kanada və Baş Naziri Justin Trudeau Fransa və Prezidenti Emmanuel Macron Almaniya və Kansleri Olaf Scholz İtaliya və Baş Naziri Giorgia Meloni Yaponiya və Baş Naziri Fumio Kişida Birləşmiş Krallıq və Baş Naziri Rishi Sunak Birləşmiş Ştatlar və Prezidenti Joe Biden.
Bir ölkə, iki sistem
"Bir ölkə, iki sistem" (çin. ənən. 國兩制) — İdeya 1980-cı ildə Den Syaopinoma məxsusdur. Çin Xalq Respublikasının rəhbəri Çin bu siyasi sistemə səbir etməli idi. Den Syaopin bu zaman belə bir ideya irəli sürür. belə ki, Honkonq, Makao və Tayvan ərazisində kapitalizm iqtisadiyyatı və siyasəti, digər ərazilərdə isə Çinin sosializm siyasəti hökm sürürdü. Bu qərara əsasən Tayvan öz siyasi, hüquq, hərbi, iqtisadi və maliyyə sistemlərini o cümlədən də digər ölkələrlə ticarət və mədəniyyət əlaqələrini saxlaya bilərlər. Bununla Tayvan beynəlxalq əlaqələrini özü idarəetmə hüququ qazanır. == Honkonq == Honkonq İngiltərə müstəmləkəsi olmuş, Çin sosializminə daxil olana kimi yəni 1997-ci ilə qədər (156 il) onun qaydaları ilə idarə edilmişdir (XX əsrdə 4 il ərzində Yaponiyanın müstəmləkəsi olmuşdur.). Çin Sino-İngilis Birgə Bəyannaməsində nəzərdə tutulmuş bəzi nüansları qəbul etmişdir.
FIFA ölkə kodlarının siyahısı
FIFA ölkə kodlarının siyahısı — FIFA ölkələrinə təyin olunmuş triqramların siyahısı. Bunlar FIFA-nın rəsmi kodları ilə yanaşı qitə konfederasiyalarıdır (AFC, CAF, CONCACAF, CONMEBOL, OFC, UEFA) Rəsmi yarışlarda ölkələrin və asılı ərazilərin adları üçün qısaltmalar kimi istifadə olunur. Bəzən kodlar yalnız futbolda istifadə olunmur. == FIFA üzv kodları == Hazırda 211 FIFA üzvü olan ölkə mövcuddur.. == FIFA olmayan üzvlər üçün ölkə kodları == Aşağıdakı kodlar FIFA-ya bağlı olmayan, lakin kodları tez-tez FIFA bazasında və ya konfederasiya saytlarında görünən ölkələrə və ya asılı bölgələrə aiddir. == Nizamsız kodlar == Aşağıdakı kodlar FIFA-ya bağlı olmayan ölkələrə və ya asılı ərazilərə aiddir. Qitə bir konfederasiyanın üzvü və ya üzv üzvü olsa da, bu kodlar FIFA-da istifadə edilmir. == Köhnəlmiş kodlar == Ölkənin mövcudluğunu dayandırması, adını dəyişdirməsi, kodunu dəyişdirməsi və ya başqa bir dövlətin bir hissəsi olması səbəbindən aşağıdakı kodlar köhnəlmişdir. == FIFA, MOK və ISO arasındakı fərqlər == FIFA kodlarının çoxu Olimpiya Oyunlarında istifadə olunan BOK kodlarına uyğun gəlsə də, bəzi ölkələrdə fərqli kodlar mövcuddur. FİFA-ya üzv olan, lakin BOK-da komitə tərəfindən təmsil olunmayan və əksinə əyalətlər var.
Yüksək səviyyəli ölkə domenləri
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
İnkişaf etməkdə olan ölkə
İnkişaf etməkdə olan ölkələr qısaca İEOÖ— bu ölkələrə Asiya, Afrika, Latın Amerikasında yerləşən 150-yə qədər ölkə aid edilir. Bu ölkələrin əksəriyyəti tarixən müstəmləkə olmuşlar. Onların əksəriyyəti hazırda da iqtisadi cəhətdən asılı vəziyyətdədir. İEOÖ iqtisadi və sosial inkişaf səviyyələrinə görə çox geri qalırlar. İqtisadiyyatın mineral-xammal və aqrar-xammal istiqaməti bu ölkələr üçün səciyyəvidir. İEOÖ-də urbanizasiyanın səviyyəsi əsasən aşağı olur, əhalinin təbii artımı yüksəkdir, həyat səviyyəsi aşağıdır. İEOÖ-in təsərrüfatında faydalı qazıntıların hasilatı və satışı mühüm yer tutur. Bu qrup ölkələrə mineral-xammal ölkələri deyilir. İEOÖ-in əksəriyyəti üçün kənd təsərrüfatı məhsullarının becərilməsi, onların xammal kimi ixracı da aiddir. Belə ölkələr aqrar-xammal ölkələri adlanır.
Ölkə adlarının etimologiyalarının siyahısı
Ölkə adlarının mənası və ya ölkə adlarının etimologiyası - dünya ölkə adlarının mənasını ifadə edir.
Azərbaycan – unudulmaz ölkə (film, 2013)
Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə
"Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə" (ing. Caucasian Albania: A Country from the Depths of the Centuries) — Macarıstan etnoqrafı Peter Veres Tiborun 2021-ci ildə Qafqaz Albaniyası haqqında yazdığı kitab. Monoqrafiya Qafqaz tarixi ilə maraqlanan alimlər, tələbələr və digər şəxslər üçün nəzərdə tutulmuşdur. == Məzmun == Monoqrafiya Cənubi Qafqazda mövcud olmuş Qafqaz Albaniyası dövləti haqqında məsələlərə toxunur. Müəllif əsərdə yazılı mənbələr, etnoqrafiya, linqvistika və digər sahələrdən istifadə edərək dövlətin siyasi tarixini, toponimlərin etimologiyasını, regiondakı tarixi prosesə təsir göstərən xalqların etnik mənşəyini araşdırır. Burada bütpərəst inanclar, xristianlığın formalaşması, Alban kilsəsinin beynəlxalq və mədəniyyətlərarası münasibətlərinə də toxunulmuşdur. == Nəşrlər == Əsər 2021-ci ildə Budapeştdə, "Z-füzetek Alapítvány" tərəfindən nəşr edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi "Şuşa ili" ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi "Azərbaycanı dünyaya tanıdaq" layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan monoqrafiya dünyanın bir çox ölkələrinin kitabxanalarına göndərilmişdir. Kitab ABŞ Konqres Kitabxanasına, Los-Anceles Universitet Kitabxanasına, Fransa, Britaniya, İsveç, İspaniya, İsrail, Estoniya, Belarus, Bolqarıstan, Çexiya, Çin, Qətər, Latviya, Litva, Macarıstan, Moldova, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Yunanıstan, Cənubi Koreya, Rusiya Milli və Dövlət, Pakistan Milli Kitabxanalarına, eləcə də Roma Milli Mərkəzi Kitabxanasına, Kanada Milli Elmi Kitabxanasına, Makedoniya Kliment Ohrid Universitet və Milli Kitabxanasına, Danimarka Kopenhagen Kral Kitabxanasına, Serbiya Matice adına Elmi İnstitutunun Kitabxanasına, Yaponiya Milli Parlament Kitabxanası daxildir.
Ölkə və ərazi üzrə Covid-19 pandemiyası
Bu məqalədə 2019-cu il koronavirus xəstəliyinə (COVID-19) səbəb olan və COVID-19 pandemiyasına görə məsul olan ağır kəskin respirator sindrom koronavirusu 2 (SARS-CoV-2) ilə təsirlənən ərazilərdə vəziyyət ümumiləşdirilmiş və sənədləşdirilmişdir. COVID-19-a yoluxan ilk insan faktı 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin paytaxtı Uhanda aşkar edilib. Bu səhifədə təqdim olunan rəqəmlər bildirilən hallara və ölümlərə əsaslanır. Bəzi yüksək gəlirli ölkələrdə ümumi təxmin edilən halların və ölümlərin bildirilmiş hallara və ölümlərə nisbəti aşağıdır və 1-ə yaxındır, bəzi ölkələrdə isə 10 və hətta 100-dən çox ola bilər. COVID-19 nəzarət üsullarının tətbiqi geniş şəkildə dəyişir. == Xəritələr == === Ümumi hallar === Ölkələr üzrə ümumi təsdiqlənmiş halları və hər milyon nəfərə düşən ümumi təsdiqlənmiş halları göstərən dünya xəritələri. Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. === Ümumi ölümlər === Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. === Gündəlik ölümlər === Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. === Ümumi vaksinlər === Məlumatlar "Our World" tərəfindən rəsmi mənbələrə əsaslanaraq təsdiq oluna bilən rəqəmlərdən hazırlanıb.
Ölkə və ərazilər üzrə COVID-19 pandemiyası
Bu məqalədə 2019-cu il koronavirus xəstəliyinə (COVID-19) səbəb olan və COVID-19 pandemiyasına görə məsul olan ağır kəskin respirator sindrom koronavirusu 2 (SARS-CoV-2) ilə təsirlənən ərazilərdə vəziyyət ümumiləşdirilmiş və sənədləşdirilmişdir. COVID-19-a yoluxan ilk insan faktı 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin paytaxtı Uhanda aşkar edilib. Bu səhifədə təqdim olunan rəqəmlər bildirilən hallara və ölümlərə əsaslanır. Bəzi yüksək gəlirli ölkələrdə ümumi təxmin edilən halların və ölümlərin bildirilmiş hallara və ölümlərə nisbəti aşağıdır və 1-ə yaxındır, bəzi ölkələrdə isə 10 və hətta 100-dən çox ola bilər. COVID-19 nəzarət üsullarının tətbiqi geniş şəkildə dəyişir. == Xəritələr == === Ümumi hallar === Ölkələr üzrə ümumi təsdiqlənmiş halları və hər milyon nəfərə düşən ümumi təsdiqlənmiş halları göstərən dünya xəritələri. Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. === Ümumi ölümlər === Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. === Gündəlik ölümlər === Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. === Ümumi vaksinlər === Məlumatlar "Our World" tərəfindən rəsmi mənbələrə əsaslanaraq təsdiq oluna bilən rəqəmlərdən hazırlanıb.
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli arxeoloji abidələrin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısı
== Siyahı ==
Yalnız bir ölkə ilə həmsərhəd olan ölkələrin siyahısı
Yalnız bir ölkə ilə həmsərhəd olan ölkələrin siyahısı - Siyahıda yalnız bir ölkə ilə quru sərhədlərinə malik ölkələrin adları qeyd olunmuşdur.